UEFA AFFA-nı cəzalandırıb
Avropa futbol təşkilatı UEFA Azərbaycan milli komandasına görə AFFA-nı cərimələyib.
Mediasport.az xəbər verir ki, buna yığmamızın AVRO-2024-ün seçmə qrup mərhələsinin Bakıda Avstriya ilə matçı səbəb olub.
0:1 hesabı ilə məğlub olduğumuz görüşdə millimizin 5 futbolçusu sarı vərəqə ilə cəzalanıb. Federasiya buna görə 6 min avro cərimə ödəməlidir.
Komandamızın heyətində Coşqun Diniyev, Anton Krivotsyuk, Toral Bayramov, Ramil Şeydayev və Şahrudin Məhəmmədəliyev sarı vərəqə ilə cəzalandırılıb.