"Gəncə" zirvədəki yerini qorudu - Azərbaycan Basketbol Liqası

"Gəncə" zirvədəki yerini qorudu - Azərbaycan Basketbol Liqası

Azərbaycan Basketbol Liqasında 8-ci tura yekun vurulub.

mediasport.az xəbər verir ki, turun son günündə bir oyun keçirilib.

Astara Olimpiya İdman Kompleksində baş tutan görüşdə “Gəncə” Olimpik" (Şəki) ilə qarşılaşıb və rəqibinə 105:80 hesabıyla qalib gəlib.

Xallarını 15-ə çatdıran Gəncə klubu liderliyini qoruyub. "Sabah" 14 xalla ikinci, NTD 13 xalla üçüncüdür.