"Sabah"ın baş məşqçisi Belçika klubuna məğlubiyyəti şərh etdi
"Qalib gələ bilərdik. Ev oyunlarımızda daha yaxşı çıxış edib, bacardıqca daha çox xal toplamalıyıq".
Mediasport.az xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis deyib.
Litvalı mütəxəssis Belçikada yerli “Spiru” klubuna uduzduqları (81:82) FİBA Avropa Kubokunun G qrupunun ilk matçı ilə bağlı təəssüratlarını bölüşüb:
"Son anda qələbəni əldən verdik. Onların heyəti daha genişdir. Rotasiya imkanları bizimlə müqayisədə daha çoxdur".
Qeyd edək ki, "Sabah" növbəti görüşünü oktyabrın 16-da Bakıda Yunanıstan təmsilçisi "Marussi"yə qarşı keçirəcək.