"Neftçi" Sumqayıtdan qələbə ilə qayıdıb - ABL-də 4-cü tur

"Neftçi" Sumqayıtdan qələbə ilə qayıdıb - ABL-də 4-cü tur

Azərbaycan Basketbol Liqasının (ABL) 4-cü turunun ilk oyun günündə iki matç keçirilib.

Mediasport.az xəbər verir ki, açılış oyununda Xaçmaz təmsilçisi "NTD-İndiqo" "Xəzri" klubu ilə qarşılaşıb.

Qələbəni birincilər qazanıblar - 86:71. Ən məhsuldar basketbolçular "NTD-İndiqo"dan Brendon Uotkins (22 xal, 11 ribaund), "Xəzri"dən Ceremi Maklaflin (17 xal, 4 ribaund) olublar.

Günün ikinci görüşü Sumqayıtda eyniadlı komanda ilə "Neftçi" arasında baş tutub.

Bakı klubu səfərdən qələbə ilə qayıdıb - 90:73. Ən məhsuldar basketbolçular "Sumqayıt"dan Smit Roderik (22 xal, 9 ribaund ), "Neftçi"dən Kamran Məmmədov (21 xal, 4 asist) seçiliblər.

4-cü turun "Gəncə" - "Xırdalan", "Şəki" - "Cəlilabad" və "Sabah" - "Sərhədçi" duelləri bu gün və sabah oynanılacaq.