ABF ilə MBF arasında anlaşma memorandumu imzalanıb

ABF ilə MBF arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Basketbol Federasiyası (ABF) ilə Monteneqro Basketbol Assosiasiyası arasında bu idman növünün inkişafı və təbliği məqsədilə anlaşma memorandumu imzalanıb.

Mediasport.az xəbər verir ki, memorandumu ABF-nin vitse-prezidenti Fərrux Mahmudov və MBA-nın prezidenti Yelena Dublyeviç imzalayıblar.

Əməkdaşlığın əsas məqsədi federasiyalararası təcrübə mübadiləsinin aparılması, uşaq və yeniyetmə basketbolunun inkişaf etdirilməsi, müxtəlif yaş qrupları üzrə liqaların daha da keyfiyyətli vəziyyətə gətirilməsidir.

Bundan əlavə, məşqçi və yerli oyunçuların təcrübə mübadiləsi proqramları ilə bağlı güclü əlaqələrin qurulması barəsində də qarşılıqlı razılıq əldə olunub.

2024-2026-cı illəri əhatə edəcək memorandumun imzalanma mərasimindən sonra Y.Dublyeviç Azərbaycan Texniki Universitetin idman zalında Avropa çempionatında uğur qazanmış 16 yaşlı basketbolçularımızla görüş keçirib.

U-16 yığmasının məşqçilər korpusunu və oyunçuları təbrik edən MBA prezidenti onlara gələcək yarışlarda və karyeralarında uğurlar arzu edib.