"Sərhədçi" Sumqayıtda əzmkar geridönüşlə qələbə qazanıb

"Sərhədçi" Sumqayıtda əzmkar geridönüşlə qələbə qazanıb

Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasında 5-ci tura start verilib.

Mediasport.az xəbər verir ki, "Sərhədçi" və "Gəncə" komandaları qarşılaşıblar.

İki əlavə vaxtın oynanıldığı görüşün yekununda 17 xallıq fərqdən geridönüş edən "Sərhədçi" 109:108 hesablı çətin qələbə qazanıb.

Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Brendon Miller (30 xal, 9 assist), "Gəncə"dən Culs Mur (33 xal, 16 ribaund) olublar.

Qeyd edək ki, 5 -ci turun digər oyunları ("Xırdalan" - "NTD-İndiqo", "Cəlilabad" - "Sumqayıt", "Neftçi - "Sabah", "Şəki" - "Xəzri") noyabrın 24-26-da baş tutacaq.