"Sabah"ın legioneri vətənində çarpaz bağlardan əməliyyat olunub

"Sabah"ın legioneri vətənində çarpaz bağlardan əməliyyat olunub

"Sabah"ın yarımmüdafiəçisi Vensan Till əməliyyat olunub.

Mediasport.az xəbər verir ki, hücumameylli futbolçu dizindəki çarpaz bağlardan cərrahi müdaxiləyə ehtiyac duyub.

Lüksemburqdakı klinikalardan birində həyata keçirilən əməliyyat uğurla başa çatıb.

Qeyd edək ki, Masazır klubunda 2023-cü ilin iyulundan forma geyinən Lüksemburq millisinin 24 yaşlı üzvü "Sabah"da 8 oyun keçirib.