Komandamız 20-ci yeri tutdu!

Komandamız 20-ci yeri tutdu!

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

MediaSport.az xəbər verir ki, qrupda bütün görüşlərində məğlub olan yığmamız 17-20 -ci yerlər uğrunda qarşılaşmada Lüksemburq da uduzmaqla (63:78) sonuncu olub.

Komandamız daha əvvəl B Divizionunun C qrupunda Ukrayna, İsveç, Kosovo və Gürcüstan millilərinə boyun əymişdi.