Eks "Kəpəz"lidən klub rəhbəri haqda ŞOK SÖZLƏR: "Sən Gəncə futbolunun düşmənisən" - VİDEO
"Kəpəz"in təhlükəsizlik xidmətinin keçmiş rəisi Elmar Əliyev şok video yayıb.
Mediasport.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yayım təşkil edərək, klubun İdarə Heyətinin sədri İlqar Nadirinin fəaliyyəti barədə danışıb.
İki ay öncə Gəncə təmsilçisindən uzaqlaşdırılan Əliyev özündən sonra oğlunun da işdən çıxarıldığını bildirib.
İddia edib ki, Nadiri "Kəpəz"i şəxsi supermarketinə çevirib və burada şübhəli maliyyə əməliyyatları həyata keçirir.
Sədrin Yaşar Vahabzadə, Tərlan Əhmədov və Azər Məmmədovun əleyhinə fəaliyyət göstərdiyini, azarkeşləri onların üzərinə qaldırdığını, adları çəkilən baş məşqçilərin ünvanına "istefa" şüarları səsləndirməyə şərait yaratdığını, Gəncə futbolu üçün əziyyətləri olmuş Mehman Allahverdiyev, Xaliq Mərdanov, Füzuli Allahverdiyev kimi şəxsləri özündən uzaqlaşdırdığını, bilet satışından, başqa işlərdən pul qazandığını deyib.
Təhlükəsizlk xidmətinin eks rəisi İ.Nadirinin "Kəpəz"dən getməsi üçün əlindən gələni edəcəyini və bildiyi bütün başqa faktları da açıqlayacağını söyləyib.