Dövlət Vergi Xidməti “Zirə”nin futbolçusunu məhkəməyə verdi!
Dövlət Vergi Xidməti “Zirə” futbol klubunun haitili müdafiəçisi Vild-Donald Geryeni məhkəməyə verib.
mediasport.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Gerye ilə bağlı məhkəməyə müraciət edib.
İş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Geryenin vergi borcu var və onun Azərbaycandan getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunub.
İşə xüsusi icraat qaydasında baxılacaq. 2 dəfə “Qarabağ”da və “Neftçi”də oynamış 34 yaşlı futbolçu qəsəbə təmsilçisi ilə bu ilin yanvarında müqavilə bağlayıb.