Sabiq "Qarabağ"lı 8 milyon avroya La Liqa klubuna keçdi - FOTO
"Qarabağ"da oynamış Boyan Miovski karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Mediasport.az xəbər verir ki, "Jirona" 25 yaşlı hücumçunu Şotlandiyanın "Aberdin" komandasından transfer edib.
Primera klubu şimali makedoniyalı forvard üçün britaniyalılara 8 milyon avro təzminat ödəyib.
Miovski "Jirona" ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Boyan Miovski 2017/2018 mövsümünün birinci yarısını icarə əsasında "Qarabağ"ın U-19 komandasında keçirib.
Şimali Makedoniya millisinin üzvü Ağdam təmsilçisinin heyətində UEFA Gənclər Liqasında 3 rəsmi matçda meydana çıxıb.