Latviya Futbol Liqasının prezidenti “Hekken” - “Qarabağ” oyununda

Latviya Futbol Liqasının prezidenti  “Hekken” - “Qarabağ” oyununda

Avropa Liqasının H qrupunun 2-ci turu çərçivəsində baş tutacaq “Hekken” - “Qarabağ” qarşılaşmasının UEFA nümayəndəsi və hakim-inspektoru açıqlanıb.

Mediasport.az xəbər verir ki, görüşün UEFA nümayəndəsi Latviya Futbol Liqasının prezidenti Maksim Krivunets olacaq.

Hakim-inspektor vəzifəsini xorvatiyalı Ante Vuçemiloviç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Ağdam təmsilçisi ilk turda Bakıda Norveçin “Molde” komandasını 1:0 hesabı ilə məğlub edib, skandinavlar isə Almaniya səfərində "Bayer"ə uduzublar - 0:4.