Bölgə klubu Türkmənistan komandasına 4 cavabsız qol vurub

Bölgə klubu Türkmənistan komandasına 4 cavabsız qol vurub

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Şamaxı" növbəti yoxlama oyununu keçirib.

Mediasport.az xəbər verir ki, 1-ci Liqa təmsilçisi ölkəmizdə qonaq olan Türkmənistanın Premyer Liqa komandası "Nebitçi" ilə qarşılaşıb.

Vüqar əsgərlinin komandası Qəbələdə baş tutan matçda qonaqları meydana çıxmasına peşman edib - 4:0.

"Şamaxı"nın qollarını Emil Qasımov (2), Rövşən Şahmuradov və Əli Mürsəlov vurublar.