ŞAD XƏBƏR! Julio Romao "Dinamo"ya qarşı oynaya biləcək

ŞAD XƏBƏR! Julio Romao "Dinamo"ya qarşı oynaya biləcək

UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Dinamo" ilə Zaqrebdə baş tutan ilk görüşündə (3:0) cəzalı duruma düşən "Qarabağ"ın futbolçusu Julio Romao cavab qarşılaşmasında oynaya biləcək.

Mediasport.az xəbər verir ki, sarı vərəqə limitini dolduran braziliyalı yarımmüdafiəçi limiti doldursa da, UEFA-nın yeni qaydasına görə matçı buraxmalı olmayacaq.

Bu ildən tədbiq olunan yeniliklərə əsasən, iki təsnifat mərhələsindən sonra futbolçunun sarı vərəqələrindən biri silinir.

"Qarabağ" - "Dinamo" oyunu avqustun 28-də, saat 20:45-də start götürəcək.