"Qarabağ"ın keçmiş baş məşqçisi Həvəskarlar Liqasında çalışacaq
2019-2020-ci illərdə "Qarabağ"ın U-19 komandasının baş məşqçisi olmuş Önder Karavelinin yeni iş yeri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, 49 yaşlı mütəxəssis Həvəskarlar Liqasına qədər düşən Türkiyənin məşhur "Əskişəhərspor" klubunun baş məşqçisi təyin olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əskişəhər təmsilçisi Karaveli ilə mövsümün sonunadək müqavilə bağlayıb.
Komanda hazırda liqanın 6-cı qrupunda 42 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, məşqçi 2020-ci ilin yanvarından 2021-ci ilin iyununa qədər də Ağdam klubunda akademiyanın koordinatoru Tacəddin Doğanın köməkçisi postunu tutub.