"Qarabağ"ın yola saldığı Keytanın Türkiyə klubuna keçidi rəsmiləşdi
"Qarabağ"dan ayrılan Hamidu Keytanın "Konyaspor"a keçidi rəsmiləşib.
Mediasport.az xəbər verir ki, Seneqal əsilli fransalı hücumçu Superliqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
"Köhlən atlar"ın sabiq üzvü yeni komandasında 28 nömrəli formanı geyinəcək.
2023-cü ilin yayından Ağdam təmsilçisində çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub.
O, Premyer Liqada 31 (7 qol), Azərbaycan Kubokunda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib.
Hamidu "Qarabağ"la Azərbaycan çempionu və kubokunun qalibi olub.