"Bu, bir gün gerçək olacaqdı, biz bu arzunu reallaşdırdıq" - ŞƏHRİYAR

"Bu, bir gün gerçək olacaqdı, biz bu arzunu reallaşdırdıq" - ŞƏHRİYAR

“Bu gün səhər saat 6-da yuxudan oyandım, sosial şəbəkədə “Hocam, İstanbula nə vaxt gəlirsən?" yazılmış ismarıc gəldiyini gördüm".

Mediasport.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında Azərbaycanın kişi şahmatçısı Şəhriyar Məmmədyarov paylaşıb.

Azarkeşinin arzusunu reallaşdıran qrossmeyster İstanbulda onunla görüşərək şahmat oynayıb:

“Bu, uzun zamandır fikirlərini mənimlə bölüşən və hər zaman nə olursa olsun, mənə sevgi ilə yazan İsmayılın atası idi. O, Türkiyədə olarkən mənə yazdı. Düşünmədən, "Bəli, İstanbuldayam" cavabını verdim və görüşmək istədiyimi söylədim.

Atası mənimlə görüşü övladına sürpriz etmək arzusu ilə hər zaman yazırdı. Bu, bir gün gerçək olacaqdı. Biz bu arzunu reallaşdırdıq.

Səhər saatlarında evdən çıxdım. Gedib onlarla görüşdüm. Birlikdə çox gözəl bir səhər yeməyi yedik. Belə insanları tanımaq çox gözəl oldu. Onu da qeyd edim ki, İsmayıl asperger sindromludur və çox sevimli, həmçinin çox ağıllıdır. Arzularınızın gerçək olacağına hər zaman inanmaq lazımdır”.

Maraqlı duel heç-heçə başa çatıb.