"Vüqar Həşimov Memorialı": Turnir Şuşada bu tarixlərdə keçiriləcək
25-30 sentyabrda Şuşada sayca 10-cu dəfə şahmat üzrə "Vüqar Həşimov Memorialı" keçiriləcək.
Mediasport.az xəbər verir ki, memorialın açılış mərasimi və ilk turun partiyaları sentyabrın 26-da baş tutacaq
Xatirə turnirində Azərbaycanı Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı təmsil edəcəklər.
Yarışda Nodirbek Abdussatorov (Özbəkistan, 2766), şahmat tacı uğrunda görüşdə iştirak edən Yan Nepomnyaşi (FİDE, 2755), Riçard Rapport (Macarıstan, 2766), yarışın son qalibi Vidit Santoş Qucrati (Hindistan, 2720) kimi qrossmeysterlər mübarizə aparacaqlar.
10-cu dəfə keçiriləcək Vüqar Həşimov Memorialının baş hakimi müstəqil Azərbaycanın ilk çempionatının qalibi Rauf Hacılıdır.
Ümumilikdə yarışda 10 şahmatçının iştirakı planlaşdırılır. İştirakçıların tam siyahısı yaxın günlərdə dəqiqləşəcək.