Şahmat tacı uğrunda görüşün keçiriləcəyi yer müəyyənləşdi
Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünya şahmat tacı uğrunda görüşün keçiriləcəyi yeri müəyyənləşdirib.
Mediasport.az xəbər verir ki, çinli Dinq Liren və hindistanlı Dommaraju Qukeş arasında duel Sinqapurdakı baş tutacaq.
Baş mükafat uğrunda yarış noyabrın 23-də “Resorts World Sentosa”da təşkil ediləcək.
Seriya dekabrın 15-dək davam edəcək.
Qarşılaşma 14 klassik oyundan ibarət olacaq. 7,5 xal toplayan ilk şahmatçı titulu əldə edəcək.