Məmmədyarov yenə uduzdu
Beynəlxalq dərəcəli qrossmeyster Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" şahmat turnirində növbəti oyununu keçirib.
mediasport.az xəbər verir ki, 38 yaşlı şahmatçımız 7-ci turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb və bundan əvvəlki dueldə armageddonda Nakamuranın həmyerlisi Uesli Soya məğlub olan təmsilçimiz analoji aqibətlə üzləşib.
Məmmədyarov hazırda 9 xalla 3-cü pillədə qərarlaşıb. “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olanda rəqiblər armageddonda üz-üzə gəlirlər və bu halda qalib 1.5, məğlub tərəf isə 1 xal qazanır.