İdmançımızın ayağı sındı

İdmançımızın ayağı sındı

Azərbaycanı beynəlxalq xizək yarışlarında təmsil edən atletimiz İlya Kostovun İtaliyanın Kurmayeur kurortunda keçirilən dağ xizəyinin “downhill” növü üzrə yarışı zamanı ayağı sınıb.

mediasport.az xəbər verir ki, bu səbəbdən idmançımız mövsümü erkən başa vurmaq məcburiyyətində qalıb.

Bir gün əvvəl atletimiz İtaliyanın Pila kurortunda keçirilən yarışda xüsusi slalom növündə 7 ölkədən olan 105 idmançı arasında 8-ci, öz yaş qrupunda isə 3-cü yerə sahib olub.