İddiaçılar Turniri: Nicat Abasov ABŞ şahmatçısı ilə qarşılaşacaq
Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turniri davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov bu axşam 3-cü tur görüşünü keçirəcək.
Bakı vaxtilə saat 22:33-da başlanacaq dueldə şahmatçımız ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq.
28 yaşlı qrossmeysterimiz bu dəfə ağ fiqurlarla oynayacaq.
Qeyd edək ki, hər iki şahmatçı ilk 2 turda bir dəfə heç-heçə, bir dəfə məğlub olub.
Yarış aprelin 22-də başa çatacaq.
8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.