Vüqar Həşimov Memorialı başa çatdı, qaliblər mükafatlandırıldı

  Vüqar Həşimov Memorialı başa çatdı, qaliblər mükafatlandırıldı

Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib. 

Mediasport.az xəbər verir ki, tədbirdə öncə Vüqar Həşimovun ömür yoluna, karyerasına həsr olunan videoçarx nümayiş olunub.

Sonra gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov fikirlərini bölüşüblər.

Yarışın yekun nəticələrinə görə, Yan Nepomnyaşi (FIDE) 1-ci, Nodirbek Abdusattorov (Özbəkistan) 2-ci, Şəhriyar Məmmədyarov 3-cü olub.