"Heç bir komanda bizə qrupun zəifi kimi baxa bilməyəcək"

"Heç bir komanda bizə qrupun zəifi kimi baxa bilməyəcək"

Milli komandamızın hücumçusu Renat Dadaşov "transfermarkt.ch" saytına açıqlama verib.

mediasport.az xəbər verir ki, İsveçrə Super Liqasında çıxış edən "Qrasshopper"in forvardı yığma ilə uğurlu nəticələr qazanmaq istədiyini deyib.

Renat Azərbaycan millisi ilə Dünya və Avropa çempionatlarının final mərhələlərində iştirak etməyi arzuadığını bildirib: "Qətərdəki Dünya çempionatı bir daha göstərdi ki, autsayder sayılan komandalar hər an sürpriz edə bilər. Bizim AÇ-2024-ün seçmə mərhələsində İsveç, Avstriya və Belçika kimi güclü rəqiblərimiz var. Amma inanıram ki, heç bir komanda bizə qrupun zəifi kimi baxa bilməyəcək. Komandamla Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm".

Yığmamız qitə birinciliyininin seçmə qrup mərhələsində ilk görüşünü gələn il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.