Mahir Emrelinin komandası ən yaxşı seçildi

Mahir Emrelinin komandası ən yaxşı seçildi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiyada ilin ən yaxşı komandası seçilib.

mediasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mükafatlandırma mərasimində baş məşqçi Ante Çaçiç və Emreli də daxil olmaqla digər futbolçular iştirak edib.

"Dinamo" bu il Xorvatiya çempionu olub, ölkə Super Kubokunu qazanıb. Zaqreb təmsilçisi həmçinin Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb.

Mahir Emreli bu mövsüm "Dinamo"nun heyətində meydana çıxdığı 10 oyunda 4 qol vurub.