Azərbaycana qarşı oynayacaq "Trabzonspor"lu: "Buraxdığımız səhvləri düzəltmək lazımdır"
Şimali Makedoniya yığmasının yarımmüdafiəçisi Enis Bardi sabah yoldaşlıq görüşü çərçivəsində qarşılaşacaqları Azərbaycan millisi haqqında düşüncələrini bölüşüb.
mediasport.az xəbər verir ki, "Trabzonspor"un 27 yaşlı futbolçusu yığmamızın fiziki cəhətdən güclü olduğunu deyib.
Hücumameylli oyunçu buna rəğmən meydana yalnız qələbə qazanmaq üçün çıxacaqlarını deyib:
- Bu gün futbolda favorit yoxdur. Yaxşı oynamaq özümüzdən asılıdır. Finlandiya ilə görüşü təhlil etdik. Buraxdığımız xırda səhvləri düzəltmək lazımdır. Sabah müsbət nəticə əldə edəcəyimizə inanıram".
Skopyedə oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.