YEKUN SİYAHI: 4 futbolçu yığmamızın heyətindən çıxarılıb

YEKUN SİYAHI: 4 futbolçu yığmamızın heyətindən çıxarılıb

Bu gün AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində İsveç yığmasını qəbul edəcək Azərbaycan milli komandasının matç üçün 23 futbolçudan ibarət yekun heyəti müəyyənləşib.

Mediasport.az xəbər verir ki, baş məşqçi Canni de Byazi 27 futbolçudan 4-nü - Rüstəm Əhmədzadə ("Zirə), Səbuhi Abdullazadə ("Sumqayıt"), Cəlal Hüseynov (“Arda", Bolqarıstan) və Emil Səfərovu ("Qəbələ) ixtisara salıb.

İtalyan çalışdırıcı UEFA-ya aşağıdakı futbolçulardan ibarət siyahını təqdim edib:

Qapıçılar: Yusif İmanov (“Sabah”), Rəşad Əzizli (“Qəbələ”), Şahrudin Məhəmmədəliyev (“Adana Dəmirspor”, Türkiyə);

Müdafiəçilər: Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rahil Məmmədov, Toral Bayramov (hamısı “Qarabağ”), Amin Seydiyev (“Sabah”), Höccət Haqqverdi (“Neftçi”), Qismət Alıyev (“Zirə”), Turan Manafov (“Araz-Naxçıvan”), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya);

Yarımmüdafiəçilər: Aleksey İsayev, Elvin Camalov (hər ikisi “Sabah”), Eddi İsrafilov, Emin Mahmudov (hər ikisi “Neftçi”), Coşqun Diniyev (“Ümraniyəspor”, Türkiyə), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland);

Hücumçular: Nəriman Axundzadə (“Qarabağ”), Mahir Emreli (“Dinamo”, Xorvatiya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Ramil Şeydayev (“Buriram Yunayted”, Tayland), Renat Dadaşov (“Hatayspor”, Türkiyə).

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək.