"Sumqayıt"ın Muradı var

"Sumqayıt"ın Muradı var

Futbol üzrə Azərbaycan Premyer Liqasında başa çatan mövsüm "Sumqayıt"ın keçirdiyi 36 oyunun hamısında iştirak edən Murad Xaçayev komandada əvəzedilməz olub.

Mediasport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi 2022/23 mövsümünün son 11 qarşılaşmasını da əvəzlənmədən keçirib.

2018-ci ildən "Sumqayıt"ın şərəfini qoruyan Murad Xaçayev bütün turnirlər daxil, 137 oyunda meydanda olub.

O, bu matçlarda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb