"Qəbələ"də ayrılıq: Bölgə klubu 29 yaşlı futbolçu ilə yollarını ayırdı
"Qəbələ" ukraynalı futbolçu Zurab Oçiqava ilə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Keçən ilin iyulundan "Qəbələ"də çıxış edən Zurab "qırmızı-qara" formada 24 matç keçirib.
O, Premyer Liqada 21, Azərbaycan kubokunda 3 oyunda iştirak edib.