Samir Abasov İspaniyada "Barselona"nın əfsanəsi ilə birlikdə

 Samir Abasov İspaniyada "Barselona"nın əfsanəsi ilə birlikdə

"Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"da təcrübə proqramı davam edir.

Mediasport.az xəbər verir ki, proqram çərçivəsində "Barselona" Akademiyasının - "La Masiya"nın Fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşən mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub. 

Samir Abasov səfər çərçivəsində, həmçinin, "Barselona" B komandasının baş məşqçisi, Kataloniya klubunun əfsanəvi futbolçularından olmuş Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb. 

Baş məşqçi ötən gün əsas komandanın məşqini izləyib və "Barselona" klubunun prezidenti Xuan Laporta ilə də görüşüb.