Qurban Qurbanov rekordunu yeniləyib: Son 11 ildə 10-cu...
"Qarabağ" Azərbaycan Premyer Liqasının 28-ci turunda "Kəpəz"i darmadağın edib (6:1) və cari mövsüm erkən çempionluğunu rəsmiləşdirib.
Mediasport.az xəbər verir ki, nəticədə, Qurban Qurbanov baş məşqçi kimi 10-cu dəfə Azərbaycan çempionu tituluna yiyələnib.
Təcrübə mütəxəssis öz rekordunu da yeniləyib: o, son 11 ildə "Qarabağ"ın çalışdırıcısı kimi ölkə çempionatının qızıl medallarını qazanıb. Qurbanov buna qədər 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 mövsümlərində də "Qarabağ"ın çempionluğunun memarı olub.
Növbəti pillədəki Ağasəlim Mircavadovun 5 çempionluğu var: 1993, 1999/2000, 2000/01, 2004/05, 2006/07. Kazbek Tuayev (1993/94, 1995/96, 1996/97, 2003/04) dörd, Mehman Allahverdiyev (1994/95, 1997/98, 1998/99) və Böyükağa Hacıyev (2005/06, 2011/12, 2012/13) hərəyə üç dəfə çempionluq sevinci yaşayıb.
Belə uğuru olan 11 məşqçidən altısı yalnız bir dəfə qızıl medala yiyələnib. Əhməd Ələsgərov 1992, Valentin Xodukin 2007/08, Qyoko Hacıyevski 2008/09, Kaxaber Sxadadze 2009/10, Arif Əsədov 2010/11 və Samir Abasov 2020/21 mövsümündə buna nail olub.