Premyer Liqaya qayıdan "Şamaxı" daha bir futbolçusunu yola saldı

Premyer Liqaya qayıdan "Şamaxı" daha bir futbolçusunu yola saldı

1 illik fasilədən sonra yenidən Premyer Liqaya yüksələn "Şamaxı"da daha bir ayrılıq baş tutub.

Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi İbrahim Aslanlı ilə yollarını ayırıb.

Klub müqaviləsi başa çatan 27 yaşlı müdafiəçi ilə yeni anlaşma imzalamayıb.

Xatırladaq ki, bölgə komandası daha əvvəl baş məşqçi Ramiz Məmmədov, onun köməkçiləri, futbolçulardan isə Əkpər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov və Əli Mürsəlovla vidalaşıb.