"Səbail" afrikalı forvardla 1 illik müqavilə bağladı - RƏSMİ

"Səbail" afrikalı forvardla 1 illik müqavilə bağladı - RƏSMİ

2023/24-cü illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

MediSport.az xəbər verir ki, Bayıl klubu son mövsümü Fransanın “Sedan” klubunda keçirmiş hücumçu Aleksandr Ramalinqomla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Madaqaskar millisinin üzvü olan Aleksandr Ramalinqom karyerası ərzində “Marinyan”, “Balajn”, “Ayaçço”, “Marinyan Cinyak”, “Bezye” (Fransa) “Virton” (Belçika) klublarının uğurları üçün çalışıb.

30 yaşlı futbolçu Madaqaskar millisində 8 qarşılaşmada meydana çıxıb.