"Turan Tovuz" azarkeşlərə görə ziyana düşdü, Konatenin cəzası açıqlandı - AFFA İntizam Komitəsi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, Premyer Liqa klublarından "Şamaxı", "Turan Tovuz", "Sumqayıt" cərimə edilib.
5 oktyabr 2024-cü ildə Azərbaycan Premyer Liqasının 9-cu turunun "Səbail" - "Şamaxı" oyununda "Şamaxı" komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə "Şamaxı" komandası 700 manat(maddə 37);
5 oktyabr 2024-cü ildə Azərbaycan Premyer Liqasının 9-cu turunun "Səbail" - "Şamaxı" oyununun 63-cü dəqiqəsində "Şamaxı" komandasının 93 nömrəli futbolçusu Brahim Konate ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, "Şamaxı" komandası 500 manat (maddə 36.5);
6 oktyabr 2024-cü ildə Azərbaycan Premyer Liqasının 9-cu turunun "Turan Tovuz" - "Zirə" oyunu bitdikdən sonra "Turan Tovuz" azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə "Turan Tovuz" klubu 800 manat (maddə 52.1);
6 oktyabr 2024-cü ildə Azərbaycan Premyer Liqasının 9-cu turunun "Sumqayıt" - "Qarabağ" oyununda "Sumqayıt" azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə "Sumqayıt" klubu 800 manat (maddə 52.1) ziyana düşüb.