"Səbail" Türkiyəyə yola düşdü

"Səbail" Türkiyəyə yola düşdü

"Səbail" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.

Mediasport.az xəbər verir ki, "dənizçilər" Ərzurumda baş tutacaq toplanışda 3 yoxlama oyununa çıxacaq.

Bayıl təmsilçisi iyulun 11-də 1-ci Liqa təmsilçisi "Ərzurumspor"la, 13-də isə Türkiyə Super Liqası klublarından "Hatayspor"la qarşılaşacaq.

Sonucu rəqib və oyunların başlama vaxtı ilə bağlı yaxın günlərdə məlumat veriləcək. Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.