"Neftçi"dən yeni layihə

"Neftçi"dən yeni layihə

Premyer Liqa təmsilçisi "Neftçi" pilot çərçivədə "Top səndə" layihəsinə start verir.

Mediasport.az xəbər verir ki, fevralın 9-da keçiriləcək Premyer Liqanın 21-ci turunun "Neftçi" - "Sumqayıt" matçında "ağ-qaralar"ın ilk qolunun müəllifi rəqib qapısından keçirdiyi topu imzalayacaq.

İmzalı top klubun stadionda yerləşən fan mağazasında satışa çıxarılacaq. Satışdan əldə olunan vəsait "YAŞAT" Fonduna ianə ediləcək.