"Səbail" Bakıya məğlub qayıdır
"Səbail" Antalyadakı təlim-məşq toplanışını başa vurub.
mediasport.az xəbər verir ki, "dənizçilər" hazırlıq çərçivəsində bu gün son yoxlama oyununu keçirib.
Şahin Diniyevin baş məşqçi olduğu komanda Serbiyanın "Spartak" (Subotiça) kollektivi ilə üz-üzə gəlib. Oyun serblərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bayıl təmsilçisi bundan əvvəl keçirdiyi 2 sınaq matçında "Legiya" (Polşa) və "Bohemians"la (Çexiya) heç-heçə edib - müvafiq olaraq 2:2 və 0:0. Yanvarın 3-dən Türkiyədə olan komanda sabah Bakıya dönəcək.