UEFA "Qarabağ"a görə Fransa klubunu cəzalandırdı - 30 min avro
UEFA Avroliqanın qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilmiş "Nant" - "Qarabağ" görüşünə görə Fransa klubunu cəzalandırıb.
mediasport.az xəbər verir ki, buna ev sahibi azarkeşlərin oyun vaxtı stadionda qadağan edilmiş maddələr yandırması, fişəng atması səbəb olub.
Avropa futbol təşkilatı fransızlara 30 min avrə cərimə kəsib. Təhlükəsizlik tədbirləri lazımi səviyyədə təşkil edilmədiyi üçün "Nant"a ciddi xəbərdarlıq da olunub.
Matç son saniyələrdə vurduğu qələbə topu sayəsində meydan sahibinin 2:1 xeyirinə bitib.