Yığmanın yekun heyəti açıqlandı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Şimali Makedoniya yığması ilə keçirəcəyi yoldaşlıq oyunları üçün yekun heyəti açıqlanıb.
mediasport.az xəbər verir ki, yoldaşlıq matçları aprelin 18-də və 20-də paytaxt Skopyedə oynanılacaq.
Yekun heyət:
Ayxan Abbaszadə ("Turan Tovuz"), Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı "Qəbələ"), Firudin Kişiyev (EFA), Əhməd Tarverdiyev, Rəşad Alışov, Ramin Əvəzov, Babamirzə Mehdiyev, Anar Hüseynov (hamısı "Sabah"), Vüsal Paşayev, Nadir Orucov, Elnur Cabbarlı (hər üçü "Sumqayıt"), Sadiq Məmmədli, Amin Muradov, Röyal Fərzullazadə (hər üçü "Neftçi"), Həsən Nəzərli ("Ankaragücü" Türkiyə), Hikmət Cəbrayılzadə ("Qarabağ"), İslam İsmayilzadə ("Səbail") və Ümid Səlimov ("Şamaxı").