"Səbail" futbolçuları bu qədər mükafat alacaqlar - Rəhbərlik MƏBLƏĞİ artırdı
Futbol üzrə Azərbaycan Premyer Liqasında qalmaq vəzifəsinin öhdəsindən gələn "Səbail" futbolçuları mükafatlandırılacaqlar.
mediasport.az xəbər verir ki, klub rəhbərliyi "Şamaxı" ilə son tur oyunundan öncə adambaşı 5 min manat "premya" təyin edib.
Lakin matç yekunlaşandan sonra rəhbərliyin təbrik mesajını alan baş məşqçi Şahin Diniyev məbləğin 7 min manata qaldırılmasını xahiş edib. Rəhbərlik "bunu haqq edirsiz deyərək, ok" verib.
"Dənizçilər" 1:0 hesablı qələbəyə seviniblər, şamaxılılar Birinci Diviziona düşüblər.