"Hər transfer dönəmində hər mövqe üçün oyunçu axtarırıq"
mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, Premyer Liqanın 3-cü turunun "Turan Tovuz"la təxirə salınmış matçından sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Şahruddin Məhəmmədəliyevin durumu nə yerdədi?
- Boynunda ağrı var, çox da rahat hərəkət edə bilmir. Halsız idi, bir az əvvəl özünə gəldi. Durub bir az gəzdi. Amma boynunu çox da tərpədə bilmir. Böyük ehtimalla sabah dəqiq diaqnoz qoyulacaq. "Turan Tovz"un məşqçiləri ilə də danışırdıq, 7 oyunçuları zədələnib. Bunlar elə-belə məsələlər deyil. Dəfələrlə demişəm ki, süni örtüklü meydançanın tərəfdarı deyiləm. Əgər bütün oyunlarımızın eyni tepmdə getməsini istəyiriksə, özü də bu saatda oynamaq niyyətimiz varsa, təbii örtüklü meydançalar olmalıdı. Marko Veşoviç də ayağında ağrılar hiss etdi və əvəzləndi. Biz il ərzində bu cür meydanlarda 8-10 dəfə oynayırıq. Amma "Turan Tovuz" hər gün məşq də edir. Yəni, buna çıxış yolu tapmaq lazımdı. Futbolçuya bərpası üçün 3 gün vaxt bəs edir. Belə meydanlardakı oyunlardan sonra onlar 5-6 günə özünə gəlir. Mikrozədələr də çoxalır. Əfsuslar olsun ki, belə meydançlar yenə var. Allah qoysa, buna gələcəkdə tədbir görülər. Tərəfdarıyam ki, bütün meydançalarımız təbii örtüklü olsun. Daha baxımlı, daha sürətli oyunlar gedər.
Yerli publikanın sizə dəstəyi var idi.
Komandanın oyun keyfiyyətindən razı qaldız?
Növbəti oyununuz “Sabah”a qarşıdı. Hansı narahatçılığınız və gözləntiniz var?
“Sabah”la oyunöncəsi müəyyən rotasiyalar edəcəyinizi gözləmək olardı. Amma “Turan Tovuz” qarşısına əsas heyətlə çıxdız.
Sizə elə gəlmir ki, Amin Ramazanova da şans vermək lazımdı?
Ukraynanın Azərbaycandakı səfiri bildirmişdi ki, Bakıda “Dinamo” və “Qarabağ” klubları arasında yoldaşlıq görüşü təşkil etmək istəyirlər. Bu məsələyə münasibətiniz necədi?
Qışda komandanı gücləndirmək fikriniz var?
- Yorğunçuluğun olması şikayət deyil. Sadəcə, real olan vəziyyəti deyirəm. Komandanı gücləndirmək fikrimiz var. Çox istəyərdik ki, bir neçə oyunçunu komandamıza cəlb edək. Heyətimizdə 22-23 futbolçu olsa da, əlimizdə bəzən 14-15 oyunçu qalır. Çünki daim uğur əldə etmək üçün oynayan komandaların heyətinin geniş olması şərtdi. Futbolçuları daim eyni səviyyədə saxlamaq asan deyil. Leandro Andrade, Filip Ozobiç zədələnib, hücumda rotasiya etməkdə çətinlik çəkirik. Hər halda qışda mütləq transfer etməyi düşünürük. Əgər düşündüyümüz alınsa, şad olarıq.
Ötən mövsümkü çempionatla bu mövsümkü arasında hansı fərq var?
- Oyun sayı daha da çoxalıb. Minimum bu, sevindirici haldı. Bölgələrə, şəhərlərə gəlmək futbolumuzun gələcəyi üçün xoşdu. Ötən mövsüm avrokuboklarda yaxşı sezon keçirdik. Həmin tempi minimum qoruyub-saxlaya bilmişik. Avrokuboklarda builki oyunlarımız daha baxımlı oldu, daha güclü rəqiblərlə oynadıq. "Lex"dən başlayaraq son oyunumuza kimi, Azərbaycan futbolu üçün hər oyun böyük ajiotaj oldu. Kinoteatrlarda, şəhərdəki kafelərdə, monitorlarda bizim oyunlarımızı izləmək üçün xeyli sayda azarkeş yığılır. Bu da rəqiblərin ciddiliyindən asılı idi. Bütün matçlarımız gərgin keçirdi. Bütün bunları Azərbaycan futbolunun inkişafı üçün təkan hesab edərdim. Azarkeşlərə futbolu sevdirmək lazımdı. Bu da kiçik yol idi ki, biz də istifadə etməyə çalışdıq. Ümumi çempionatımızın səviyyəsinə gəldikdə, 13-cü qələbəmizi qazansaq da, asan olmadı. Bütün oyunlarda çətinlik çəkdik. İnkişaf görürəm. Yerli futbolçularımızın sayı çoxalır. Ola bilər ki, bugünkü gündə ustalıq səviyyəsi bir o qədər üzdə olmasın. Amma təcrübə artdıqca bunlar daha da yaxşılaşacaq. Çox istəyərdim ki, klubların maddi durumu, şəraiti daha yaxşı olsun. Təbii örtüklü meydançaları olsun ki, azarkeşlər də sürətli futbol görsün. Ötən mövsümlə müqayisədə pozitivəm.
Qış "transfer pəncərəsi" zamanı nəzərinizdə komandaya qapıçı cəlb etmək var?
- Dəfələrlə bildirmişəm ki, hər transfer dönəmində hər mövqe üçün oyunçu axtarırıq. Qapıçıdan başlayaraq ta hücum xəttinə kimi. Bu gün məndə hər şey idealdı fikri ilə dayanmıram. Maksimum çalışmışam ki, əlimdə olan futbolçuları daha yaxşı səviyyəyə çatdırım. Onlara daha çox güvənməyə çalışmışam. Mənim üçün ürəyini meydanda qoyan futbolçu çox önəmlidi. Kluba sadiq olanlar da həmçinin. Rəqabəti daha da yaxşılaşdırmaq istəyərdik. "Transfer pəncərəsi" zamanı daim qapıçı ilə bağlı da mənim müzakirələrim olub. Amma bu o demək deyil ki, qapıçını gətirdim və bütün işlərim yolunda gedəcək. Hazırda komandada futbolçulara güvənirəm və onlarla irəliləməyə doğru gedirik.
İndiyə qədər Azərbaycan Premyer Liqasında 13 turun hamısında qalib gələn komanda olmamışdı.
- Məlumatım var idi. Mətbuatdan oxuyurdum. Amma inanın ki, mən buna o qədər də önəm vermirəm. Necə önəm vermirəm? Yəni, bilirəm ki, komandam hər oyun qalib gəlməlidi. Düşünürəm ki, futbolçularımı hər oyuna aktiv hazırlamaq lazımdı. Çünki rəqabət bu gün bitmir. Qarşıda "Sabah", "Neftçi", "Zirə" və digər komandalara qarşı oyunlar gözləyir. Biz dayanmalı deyilik. Keçmiş statistika ilə yaşamamalı, növbəti matçlarda daha diqqətli olmalıyıq.