UEFA "Qarabağ"ın Avropa Liqasındakı rəqibini cəzalandırdı
UEFA "Qarabağ"ın UEFA Avropa Liqasının əsas mərhələsində rəqibi olacaq İsveçin "Elfsborq" klubunu cərimələyib.
Mediasport.az xəbər verir ki, skandinaviya təmsilçisi İtaliyanın "Roma" komandasına qalib gəldikləri (1:0) 2-ci tur matçında azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 50 min avro ödəməli olacaq.
Klubun avrokuboklardakı ev oyunlarında qapı arxasındakı tribunaların qismən bağlanmasına da qərar verilib.
"Elfsborq"a 2 illik sınaq müddəti də qoyulub.
Xatırladaq ki, Ağdam klubunun isveçlilərlə görüşü məhz səfərdə keçiriləcək.
Matç dekabrın 11-də baş tutacaq.