Elçin Məmmədov "Trabzonspor" - "Bazel" oyununa dəvət aldı

Elçin Məmmədov "Trabzonspor" - "Bazel" oyununa dəvət aldı

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən yeni təyinat alıb.

mediasport.az xəbər verir ki, o, UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində fevralın 16-da Türkiyənin Trabzon şəhərindəki “Şenol Güneş Spor Kompleksi” stadionunda keçiriləcək “Trabzonspor” – “Bazel” (İsveçrə) oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Görüş Bakı vaxtilə saat 21:45-də başlanacaq.