AVRO-2025: Azərbaycan millisi Türkiyə yığmasına məğlub oldu

 AVRO-2025: Azərbaycan millisi Türkiyə yığmasına məğlub oldu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, komandamız səfərdə Türkiyə yığması ilə qarşılaşıb.

Görüşün taleyini 1 qol həll edib və Ebru Topçu komandasına qələbə qazandırıb.

Tərəflər arasında cavab görüşü iyunun 4-də Bakıda keçiriləcək.

İlk dəfə B Liqasında çıxış edən Siyasət Əsgərovun komandası qrupun əvvəlki iki matçında səfərdə Macarıstanla bərabərə (1:1) qalıb, Bakıda İsveçrəyə məğlub olub (0:4).

Qitə birinciliyinin final mərhələsi 2025-ci il iyulun 2-dən 27-dək İsveçrədə təşkil olunacaq.


AVRO-2025. B liqası. Qrup mərhələsi. 3-cü tur


Türkiyə - Azərbaycan 1:0

Qol: Ebru Topçu, 43.

Baş hakim: Aleksandra Kollin

Baş hakimin köməkçiləri: Elodie Koppola, Klotilde Brassar

Dördüncü hakim: Klemens Qonçalves

"Ərzincan 13 Şubat stadionu". Saat 21:00