Şəhla Allahverdiyeva lisenziya turnirinə qələbə ilə başlayıb
Azərbaycan boksçusu Şəhla Allahverdiyeva İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə start verib.
Mediasport.az xəbər verir ki, 66 kq çəkidə Paris-2024-ə lisenziya uğrunda mübarizə aparan yığma üzvü 1/32 final mərhələsi çərçivəsində Nqoc Mai Hoanqu (Vyetnam) yarışdan kənarlaşdırıb.
Allahverdiyeva 1/16 finalda ilk mərhələdən azad olan Mariana Soto Torreslə (İspaniya) qarşılaşacaq. Görüş martın 8-də olacaq.
Daha əvvəl Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq), Sərxan Əliyev (71 kq) və Zeynəb Rəhimova (54 kq) da mərhələ adlayıb.
Qeyd edək ki, lisenziya turnirinə martın 11-də yekun vurulacaq.