"Buna görə də orada elə çalışdım ki, ölkəmizin adına xələl gəlməsin"

"Buna görə də orada elə çalışdım ki, ölkəmizin adına xələl gəlməsin"

"Referilər daim izlənirlər. Əgər hansısa şübhə yaranarsa, dərhal evə yola salırdılar. Buna görə də orada elə çalışdım ki, ölkəmizin adına xələl gəlməsin".

Mediasport.az xəbər verir ki, bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmiş boks hakimi Emil Qurbanəliyev deyib.

4-illiyin zirvə yarışında döyüşləri ən yaxşı idarə edən hakim adını qazanan beynəlxalq dərəcəli referi Paris təəəsüratlarını bölüşüb:

"Orada Əsas məsələ Azərbaycan adını layiqincə təmsil etmək idi. 20-dən çox görüşdə ədaləti qorudum. Hər bir döyüş özünəməxsus şəkildə yadda qaldı.

Boksda digər idman növlərindən fərqlidir, hər bir hakim görüşə müxtəlif rakusdan baxır. Yarış zamanı çox gərgin idim. Sevinirdim ki, Olimpiya Oyunlarında da iştirak etdim. Çünki burada çalışmaq hər adama qismət olmur".