Azərbaycan yığması Millətlər Kubokunda mübarizə aparacaq
Serbiyanın Sombor şəhərində qadın boksçular arasında Millətlər Kuboku start götürür.
Mediasport.az xəbər verir ki, 6 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Yığmanın məşqçisi İlkin Ağayevin rəhbərliyi altında Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (81 kq) böyüklərin yarışında, Banuçiçək Nəsirli (46 kq) yeniyetmələr, Aynur Mikayılova (54 kq) və Emili Rzayeva (63 kq) isə gənclər arasında mübarizə aparacaq.
Yarışda ölkəmizi Məsməxanım Səlimova hakim kimi təmsil edəcək.
Millətlər Kubokuna 10 ölkədən 102 boksçu qatılıb.