ŞOK! Azərbaycanlı hakimi Yunanıstanda butılka ilə vurdular
Futbol üzrə Yunanıstan Superliqasının 32-ci turu çərçivəsində bir neçə gün əvvəl keçirilmiş PAOK - "Aris" oyunu barədə yeni qalmaqal üzə çıxıb.
mediasport.az xəbər verir ki, Saloniki derbisində səfərdə məğlub olan (2:3) "Aris" rəhbərliyinin dünən baş hakim Əliyar Ağayev və azərbaycanlı köməkçilərinin bərbad idarəçiliyi barədə yaydığı bəyanatın ardından təmsilçilərimiz haqda yeni məlumat yayılıb.
Yunanıstan mətbuatı yazır ki, meydan sahibi azarkeşlərdən biri qarşılaşmanın 26-cı dəqiqəsində yan xətt hakimi Akif Əmrəlini butılka ilə vurub. Hədəf qonaq futbolçu olsa da, şüşə referimizin başına dəyib. Azərbaycanlı hakim başından yüngül xəsarət alsa da, xəsarəti ciddi olmayıb.