Minaya düşən 6-qat dünya çempionu həyatını itirib
Ukraynanın kikboksinq üzrə dünya çempionu Sergey Lısyuk həyatını itirib.
Mediasport.az xəbər verir ki, məşhur idmançı hərbi əməliyyatlar zonasında minaya düşərək həlak olub.
Noyabrın 12-də Donbassda minaya düşən idmançının ayaqları amputasiya olunsa da, həkimlər 10 gündür Dnepr xəstəxanasında müalicə alan boksçunun həyatını xilas edə bilməyiblər.
Lısyuk kikboksinq üzrə 6 qat dünya çempionu olub.
Ukrayna Ali Radasının yaydığı məlumata görə, Rusiya ilə müharibə başlayandan bu günədək 300-dən çox yerli idmançı öldürülüb.