Almaniya, Türkiyə və Avstriya çempionu olmuş Daum vəfat etdi
Məşhur almaniyalı məşqçi Kristof Daum vəfat edib.
Mediasport.az xəbər verir ki, 70 yaşlı mütəxəssis uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Almaniya, Türkiyə və Avstriyada çempionluqlar yaşamış Daum xərçəng xəstəliyindən əziyyət çəkirdi.
O, vətənində "Köln", "Bayer", "Ştuttqart", "Ayntraxt", Belçikada "Brügge", Avstriyada "Austriya", Türkiyədə isə "Beşiktaş", "Fənərbağça" və "Bursaspor"un baş məşqçisi olub.
2016-2017-ci illərdə Rumıniya millisini çalışdırıb.